0
Cümə
May 23

Bu gün İtaliya A Seriyasında çempion bəlli olacaq

HASANLY

Bu gün İtaliya A Seriyasının XXXVIII turuna iki görüşlə start veriləcək.

King.Az xəbər verir ki, ilk oyun günündə keçiriləcək iki görüş İtaliya A Seriyasında qalibin adına aydınlıq gətirəcək.

"İnter" "Komo" ilə, "Napoli" isə "Kalyari" ilə qarşılaşacaq.

Aktivində 79 xalı olan "Napoli" qələbə qazanaraq bir xal fərqlə geridə olan "İnter"i qabaqlamağa çalışacaq.

78 xalı olan "İnter" isə "Napoli"nin büdrəməsi ehtimalını nəzərə alaraq görüşdən maksimum nəticə ilə ayrılmaq istəyir.

"Napoli" görüşü qələbə ilə başa vuracağı təqdirdə İtaliya A Seriyasının qalibi olacaq. Heç-heçə edəcəyi, yaxud uduzacağı və "İnter" qələbə qazanacağı təqdirdə isə "İnter" çempionluğunu qeyd edəcək.

Xatırladaq ki, hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

23 may 2025

İtaliya A Seriyası

XXXVIII tur

Saat 22:45, "Komo" - "İnter";

Saat 23:45, "Napoli" - "Kalyari".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.