Çərşənbə axşamı
Yan 13

Ermənistan hakimiyyəti Rusiya sərhədçilərini Türkiyə ilə sərhəddən çıxarmağa hazırlaşır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ermənistan hakimiyyəti tezliklə Türkiyə sərhədindəki Axurik keçid məntəqəsindən Rusiya sərhədçilərini çıxarmaq niyyətindədir.

King.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Axurik keçid məntəqəsinin təhvili barədə qərar verilib və hətta bayraq dirəyi də qoyulub. Bununla belə, Rusiya sərhədçiləri zastavanın özündə qalacaqlar. Hazırda Türkiyə istiqamətində dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir.

Qeyd olunur ki, digər mənbələrə görə, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsi ərazisində tikinti işlərinə başlayıb:

"Beləliklə, bir tərəfdən, Türkiyədə tikinti işlərinin başlanması, digər tərəfdən isə, Axurikin istifadəyə verilməsindən gözlənilən nəticələr yaxın gələcəkdə sərhədin açılması baxımından ciddi niyyətlərdən xəbər verir".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.