ABŞ-nin "Metallica" rok qrupunun Bleksberqdə (Virciniya ştatı, ABŞ) verdiyi konsert zəlzələyə səbəb olub.
King.Az xəbər verir ki, bu barədə "Fox" məlumat verib.
"Metallica" yerli futbol stadionunda çıxış edib. "Enter Sandman" mahnısının introsunu ifa edərkən 60 min izləyicisi aktiv şəkildə tullanmağa başlayıb və bu, silkələnməyə səbəb olub.
Bunu "Virginia Tech" seysmoloji rəsədxanası təsdiqləyib. Təkanların pik həddi mahnının başlanğıcı ilə üst-üstə düşüb.
Qeyd olunub ki, yeraltı təkanlar stadiondan təxminən 1.5 kilometr aralıda yerləşən seysmoqraf tərəfindən qeydə alınıb.
Xatırladaq ki, 2024-cü ildə Edinburqda pop ulduz Teylor Sviftin üç konsertində kiçik zəlzələlər qeydə alınmışdı.
Oxşar Mövzular
Hindistanda kişi diri-diri basdırılmış körpə tapıb
19-09-2025, 17:11Məşhur filmdəki avtomobilin "əkizi" hərraca çıxarıldı
23-08-2025, 12:20