İrlandiyada ənənəvi pablar yüksək vergilər və cəmiyyətdə alkoqol istehlakının azalması səbəbindən böhranla üzləşib və bu səbəbdən də bağlanmaq məcburiyyətində qalıb.
King.Az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri son araşdırmalara istinadən məlumat verib.
Jurnalistlər pabların İrlandiya mədəniyyətinin bir hissəsi olduğunu xatırladıblar. Bu pablara filmlərdə və kitablarda rast gəlmək olar, bu məkanların eynilərindən isə dünyanın hər yerində açılır.
"İrlandiya pabları çətinlik içərisindədir. Onlar İrlandiya kəndlərindən yoxa çıxır, paytaxtdakılar isə bağlanmamaq üçün mübarizə aparır", - deyə yazı müəllifləri bildiriblər.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqəli karantin tədbirlərinin yumşaldılmasından sonra irlandiyalılar anormal dərəcədə çox pivə almağa başlamışdılar. Hətta müəssisələrin işə başladığı ilk gündə müştərilərdən biri saat yarımdan bir az çox müddətdə 42 pint pivə sifariş etmişdi.
Oxşar Mövzular

Gündəlik Bürclər-(07.05.2025)
7-05-2025, 00:00Niyə texniki avadanlıqları Techbar.az mağazasından almalısınız?
14-01-2025, 13:12