Bazar ertəsi
Yan 06

İstanbulda 4 milyon insan ölümlə üz-üzə - HƏYƏCAN TƏBİLİ

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
16 milyon insanın yaşadığı İstanbulun yerləşdiyi Mərmərə dənizi bölgəsində baş verə biləcək zəlzələ nəticəsində 4 milyona yaxın insan həlak ola bilər.

King.Az "Haber Global"a istinadən məlumat verir ki, bu proqnozla Türkiyənin aparıcı seysmoloqu Naci Görür çıxış edib.

"Metropolisin dörd milyona yaxın sakini mümkün zəlzələ qarşısında ölümlə üz-üzədir. Maddi itkilər ağlasığmazdır. İstanbulun aidiyyəti qurumları belə şəhərdəki binaların 60%-dən çoxunun zəlzələyə davamlı olmadığını etiraf edirlər. İstanbuldakı zəlzələ bizi yıxacaq, zarafat etmirəm, əgər Mərmərə bölgəsi dağılarsa, bütün Türkiyə diz çökəcək", - "Haber Global" alimin sözlərindən sitat gətirib.

O qeyd edib ki, Mərmərə dənizi bölgəsində 10 ildir ki, tektonik qırılmaların tədqiqi aparılır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.