Çərşənbə axşamı
Dek 10

Suriya millisi forma və loqosunu dəyişdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Suriya Futbol Federasiyası ölkənin yeni bayrağının rənglərinə uyğun olaraq komandanın loqotipinin və formasının qırmızıdan yaşıla dəyişdirildiyini açıqlayıb.

King.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Təşkilat bunu "Suriya idmanında qohumbazlıq, favoritizm və korrupsiyadan uzaq ilk tarixi dəyişiklik" adlandırıb.

Xatırladaq ki, noyabrın sonunda Bəşər Əsədin hücuma başlayan əleyhdarları dekabrın 8-nə keçən gecə Dəməşqə daxil olaraq prezidentin devrilməsini elan ediblər. Müxalifətin bayrağı yaşıl, qara və ağ rənglərdə, mərkəzdə üç qırmızı ulduzdan ibarətdir. Bu bayraq 1958-ci ilə qədər Suriyada dövlət bayrağı olub. Əsədin dövründə Suriya bayrağı qırmızı, ağ və qara rənglərdən, mərkəzdə iki yaşıl ulduzdan ibarət idi.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.