Böyük Britaniya sərhədçiləri tarixdə ən böyük kokain partiyalarından birini müsadirə ediblər.
King.Az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, söhbət Panamadan İngiltərəyə gələn 2,4 ton kokaindən gedir. "London Gateway" limanında Panama gəmisində konteynerlərin altından 132 milyon dollar dəyərində narkotik aşkar edilib.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, bu, tarixdə altıncı ən böyük kokain müsadirəsidir. Qəzet Milli Cinayət Agentliyinə istinadən qeyd edir ki, Böyük Britaniyanın kokain bazarı Avropanın ən böyük narkotik bazarlarından biridir.
Oxşar Mövzular

İranın İsrailə növbəti raket zərbəsi: 60 nəfər yaralandı
13-03-2026, 10:56Paulo Dibala millinin heyətindən çıxarıldı
18-03-2025, 11:14Messi 400 məhsuldar ötürmə verən ilk futbolçu oldu
9-11-2025, 15:53