Çərşənbə
İyl 09

UEFA Avropa Liqası: "Sabah"ın rəqibi iştirak ərizəsini açıqladı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah" komandası ilə üz-üzə gələcək Sloveniya təmsilçisi "Selye" iştirak ərizəsini açıqlayıb.

King.Az xəbər verib ki, baş məşqçi Albert Riera turnirə 24 futbolçu sifariş edib.

Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 3-ü hücumçudur.

Oyunçulardan yarısı yerli, yarısı legionerdir. Əcnəbilər Xorvatiya, İspaniya, Litva, Polşa, Kosovo, İsveç, Rusiya, Bosniya və Herseqovinadandır.

Qapıçılar

1. Jan-Luk Leban (Sloveniya) - 22 yaş;

12. Luka Kolar (Sloveniya) - 19 yaş;

21. Simon Sluqa (Xorvatiya) - 32 yaş.

Müdafiəçilər

2. Xuanxo Nieto (İspaniya) - 30 yaş;

3. Damyan Vuklişeviç (Sloveniya) - 30 yaş;

5. Qaşper Vodeb (Sloveniya) - 22 yaş;

6. Artemiyus Tutışkinas (Litva) - 21 yaş;

15. David Kastro Pazos (İspaniya) - 29 yaş;

23. Jan Karniçnik (Sloveniya) - 30 yaş;

29. Stiyan Qobets (Sloveniya) - 16 yaş;

44. Lukaş Beyger (Polşa) - 23 yaş.

Yarımmüdafiəçilər

4. Darko Hrka (Sloveniya) - 25 yaş;

7. Floryan Yevşenak (Sloveniya) - 20 yaş;

8. Mario Kvesiç (Xorvatiya) - 33 yaş;

11. Milot Avdili (Kosovo) - 22 yaş;

14. Çidi Anomnaçi (İsveç) - 20 yaş;

16. İvitsa Vidoviç (Xorvatiya) - 23 yaş;

17. Andrey Kotnik (Sloveniya) - 29 yaş;

19. Mark Zabukovnik (Sloveniya) - 24 yaş;

20. Nikita İosifov (Rusiya) - 24 yaş;

38. Jan Luka Jujek (Sloveniya) - 18 yaş.

Hücumçular

9. Franko Kovaçeviç (Xorvatiya) - 25 yaş;

10. Daniel Şturm (Sloveniya) - 26 yaş;

24. Faris Jevahiriç (Bosniya və Herseqovina) - 18 yaş.

Qeyd edək ki, "Sabah" klubu "Selye" ilə ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü iyulun 17-də səfərdə keçirəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.