Pakistanda sərnişin furqonunun qəzası nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.
King.Az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" nəşri məlumat verib.
Qeyd olunur ki, qəza ölkənin cənub-qərbində, Sind əyalətinin Camşoro bölgəsində baş verib.
"30-dan çox insanı daşıyan sərnişin furqonu sürüşərək yoldan çıxıb və dərəyə düşüb. Sərnişinlər buğda tarlalarında işlədikdən sonra evə qayıdırdılar", - məlumatda bildirilir.
Polisin məlumatına görə, ölənlər arasında dörd uşaq da var. Zərərçəkənlər ən yaxın tibb müəssisəsinə aparılıblar, lakin yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər.
Oxşar Mövzular

Gündəlik Bürclər-(25.01.2025)
25-01-2025, 10:40