0
Cümə
Dek 06

Cənubi Koreya prezidenti qiyam cəhdində şübhəli bilinir: Araşdırmalara başlanıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Koreya Respublikasında Prezident Yun Sok Yolun hərbi vəziyyət tətbiq etmə qərarı ətrafında siyasi qalmaqal alovlanır. Belə ki, ölkənin polis və prokurorluğu dövlət başçısının hərbi vəziyyət tətbiq etmək qərarına görə qiyam şübhəsi ilə bağlı araşdırma aparmaq üçün iki ayrı qrup yaradıb.

King.Az bu barədə "Yonhap"a istinadən məlumat verir.

Bundan əvvəl deputatlar və fəallar bu hüquq-mühafizə orqanlarına prezidenti dövlət quruluşuna qarşı cinayət törətməyə cəhddə ittiham edən ərizələrlə müraciət ediblər.

Polis və prokurorluq bununla bağlı araşdırmaya başladıqlarını təsdiqləyiblər.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.