0
Çərşənbə axşamı
Noy 18

Adapter yanğına səbəb oldu - Sumqayıtda mənzil qəfil alovlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hadisə şəhərin 6-cı mikrorayonunda, çoxmərtəbəli yaşayış binalarından birinin ikinci mərtəbəsində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın qısa müddət ərzində söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

"Ani bir məqamda adapterdən od düşdü. Elə o saatda qonşular söndürdü. Allaha şükür, salamatlıqdır. Təzyiqim qalxmışdı, sağ olsun, həkimlər dərman verdi", - deyə zərərçəkən bildirib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.