Cümə
Yan 03

Salah gələcəyinə aydınlıq gətirdi: "Bu, "Liverpul"dakı son ilimdir"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Liverpul"un vingeri Məhəmməd Salah niyə bu mövsüm Çempionlar Liqasından daha çox İngiltərə Premyer Liqasını qazanmaq istədiyini açıqlayıb.

King.Az xəbər verir ki, "Sky Sports" Salahın sözlərini sitat gətirib.

"Son 7-8 il ərzində verdiyim müsahibələrdə həmişə Çempionlar Liqasını qazanmaq istədiyimi demişəm. Amma ilk dəfədir ki, "Liverpul"la Premyer Liqanı qazanmaq istədiyimi deyirəm. Niyə? Heç bir fikrim yoxdur. Yəqin ki, keçən dəfə qələbəni istədiyimiz kimi qeyd etmədiyimizə görə ("Liverpul" 2019/2020 mövsümündə koronavirus pandemiyası zamanı çempion olub - red.) Həmçinin başa düşürəm ki, bu mənim klubdakı son ilimdir və mən şəhər üçün xüsusi bir şey etmək istəyirəm", - o bildirib.

Qeyd edək ki, Premyer Liqada 18 matçdan sonra 45 xalı olan "Liverpul" ən yaxın rəqibi "Arsenal"ı 6 xal qabaqlayaraq birinci yerdədir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.