0
Çərşənbə axşamı
May 06

"İnter"in futbolçusu məişət zorakılığında ittiham olunur

HASANLY

İtaliyanın "İnter" klubunun futbolçusu Markus Türam məişət zorakılığında ittiham olunub.

King.Az xəbər verir ki, bu barədə kinoaktrisa Şarlott Leviş sosial şəbəkə hesabında video paylaşaraq futbolçunu onu döyməkdə ittiham edib.

Video UEFA Çempionlar Liqasının "Barselona" ilə ən vacib oyunu ərəfəsində internetdə yayılıb. Leviş iddia edir ki, Türam "Borussiya Münhenqladbax"da oynadığı zaman onu otağa qapadıb və çəkdiyi videonu silmək üçün təzyiqlər göstərib.

Qeyd edək ki, M.Turam bu mövsüm "İnter"in heyətində keçirdiyi matçlarda 18 qola, beş məhsuldar ötürməyə imza atıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.