0
Çərşənbə
Apr 30

"Mançester Siti" "Qalatasaray" futbolçusunun izinə düşüb

HASANLY

İngiltərə Premyer Liqasında bu mövsüm gözləniləndən zəif çıxış edən "Mançester Siti" heyətini yeniləmək üçün işlərə start verib.

King.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, İngiltərə nəhəngi "Qalatasaray" formasını geyinən braziliyalı ulduz Qabriel Saranı transfer siyahısına daxil edib.

Bildirilir ki, baş məşqçi Pep Qvardiolanın rəhbərliyi altında yenidənqurmaya hazırlaşan "şəhərlilər" yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. Bu məqsədlə, "Cim-Bom"un cari mövsümün əvvəlində 18 milyon avro qarşılığında transfer etdiyi Sara "Mançester Siti"nin maraq dairəsinə düşüb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.