Bazar ertəsi
Yan 12

Tramp özünü Venesuelanın müvəqqəti prezidenti "təyin edib"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Tramp özünü Venesuelanın müvəqqəti prezidenti "təyin edib".

King.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində yumoristik bir şəkil paylaşaraq özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim edib.

Şəkil Trampın "Vikipediya" tərcümeyi-halının ekran görüntüsünə bənzəyəcək şəkildə təqdim edilib. Onun ABŞ-nin 45-ci və 47-ci prezidentləri kimi titulları sadalanmaqla yanaşı, Tramp 2026-cı ilin yanvar ayından etibarən Venesuelanın müvəqqəti prezidenti kimi də qeyd edilir.

Yanvarın əvvəlində Venesuela Ali Məhkəməsi Delsi Rodrigesi ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.

Lakin Avropa Komissiyasının (AK) sözçüsü Anita Hipper bildirib ki, qurum Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigesin legitimliyini tanımır.

Öz növbəsində Delsi Rodriges də ABŞ prezidentini mübahisəli məsələləri diplomatik yolla həll etməyə çağırıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.