"İnter Mayami" komandasının heyətində çıxış edən argentinalı hücumçu Lionel Messi MLS liqasında bu mövsüm ilk dəfə olaraq, ardıcıl iki oyunda məhsuldar hərəkətlə yadda qalmayıb.
King.Az xəbər verir ki, L.Messi MLS müntəzəm çempionatının "Kolambus"a qarşı görüşündə 90 dəqiqə ərzində meydanda olsa da, komandasının 1:0 hesablı qələbəsində nə məhsuldar ötürməyə, nə də qola imza atıb.
37 yaşlı forvard bundan öncəki qarşılaşmada da məhsuldarlığa görə aktivinə heç bir xal qazandırmayıb. "Çikaqo Fayr" ilə oyun qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, bütün turnirlərdə mövsümün 11 oyununda L.Messinin hesabında səkkiz qol və iki məhsuldar ötürmə var.
Oxşar Mövzular

Braziliyada nadir maşınlar tapıldı
22-03-2025, 14:03
Pentaqondakı bürokratiya Maskın müqayisəsində: Pilləkən və bina
26-11-2024, 14:28