Məşhur kollektiv döyüş oyunu olan PUBG sayca altıncı versiyasını təqdim edir.
Oxu.az championat.com-a istinadən xəbər verir ki, yeni PUBG: BLINDSPOT fevralın 5-də "Steam" platformasında istifadəçilərin ixtiyarına veriləcək.
Oyunçular unikal qabiliyyətlərə malik müxtəlif personajlardan istifadə edə biləcəklər. Yeni oyunda əsas məqsəd "Counter-Strike" və ya "Rainbow Six: Siege" oyunlarındakı kimi bomba yerləşdirmək və ya ona qarşı müdafiə olunmaq olacaq.
Qeyd edək ki, oyun pulsuz olacaq. Həmçinin, yaxın zamanda "PUBG: Black Budget" oyunu da işıq üzü görəcək.
Oxşar Mövzular
İbrahima Vadji yenidən "Qarabağ"a qayıdır
26-05-2025, 13:56
Xarici jurnalistlər Anım Günündə Ağdamda olublar
27-09-2024, 14:43UEFA Millətlər Liqası: İsrail millisi Belçikaya qalib gəldi
18-11-2024, 11:16