Şənbə
Yan 04

"Fənərbağça" belçikalı ulduza həftəlik 250 min funt-sterlinq təklif edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Türkiyənin "Fənərbağça" klubu "Mançester Siti"nin belçikalı ulduzu Kevin De Brüyneyə həftəlik 250 min funt-sterlinq təklif edib.

King.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" ilə müqavilə müddətini uzatmayan futbolçu Türkiyə Superliqasında çıxış etməyə isti yanaşmır.

Kevin De Brüyne Avropa nəhənglərindən birində çıxış etmək istədiyini bildirib.

Qeyd edək ki, De Brüyne "Mançester Siti" forması ilə bu mövsüm 17 oyunda meydana çıxıb, iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.