Bazar
Dek 29

Trent Aleksander-Arnold İspaniya nəhənginə keçir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Trent Aleksandr-Arnold böyük ehtimalla karyerasını İspaniya təmsilçisi "Real Madrid"də davam etdirəcək.

King.Az "Marca"ya istinadla xəbər verir ki, 26 yaşlı futbolçu "Liverpul" rəhbərliyinə karyerasını Madrid klubunda davam etdirmək niyyətində olduğunu bildirib. Bunun mersisaydlıların oyunçu ilə müqavilə müddətini uzatmaq cəhdinin uğursuz olmasından sonra baş verdiyi bildirilib.

Qeyd edək ki, onun "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Cari mövsümdə T.Aleksandr-Arnold bütün turnirlərdə "Liverpul"un heyətində meydana çıxdığı 44 oyunda 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.