0
Cümə axşamı
dek 19

"Köln"lə görüşdə əvəzlənən Mahir Emreli baş məqşçiyə qəzəblənib

HASANLY
Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Köln"ə uduzduqları II Bundesliqanın oyununda erkən əvəzlənməsinə etiraz edib.

King.Az nn.de-yə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu sözügedən qarşılaşmanın ilk hissəsindən sonra meydana çıxmadığı üçün baş məşqçi Miroslav Klozeyə narazılığını bildirib.

Nəşr Emrelinin bunun üçün "Instagram" hesabında post da paylaşdığını və daha sonra sildiyini yazıb. Kloze isə forvardın etirazına səssiz qalıb.

Qeyd edək ki, görüş "Nürnberq"in məğlubiyyəti ilə bitib - 1:3. Mahir ilk hissənin sonunda Florian Fliklə əvəzlənib, həmin vaxt komanda 0:3 hesabı ilə geridə olub.
Şərhlər (0)

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.