0
Saturday
Jan 11

Ağsuda 10 ədəd odlu silah polisə könüllü təhvil verilib

HASANLY
Ağsuda 10 ədəd odlu silah polisə könüllü təhvil verilib.

King.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağsuda polisin vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.

Rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı daha 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.