0
Cümə
Mar 14

UEFA Avropa Liqası: "Reyncers" - "Fənərbağça" matçının taleyini penaltilər müəyyənləşdirdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Reyncers" evdə "Fənərbağça"nı qəbul edib.

King.Az xəbər verir ki, matçın əsas vaxtı Türkiyə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 0:2.

İstanbulluların heyətində Şimanski dubla imza atıb

Tərəflər arasında ilk oyun Şotlandiya təmsilçisinin 1:3 hesablı səfər qələbəsi ilə başa çatdığına görə, görüşdə hərəsi 15 dəqiqə olmaqla, əlavə iki hissə təyin edilib.

Komandalar əlavə edilmiş 30 dəqiqədə hesabı dəyişə bilmədikləri üçün matçın taleyini penalti seriyası müəyyənləşdirib.

Penalti zərbələrini daha dəqiq yerinə yetirən "Reyncers" adını növbəti mərhələyə yazdırıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.