0
Cümə axşamı
Noy 20

Sumqayıtda 700 abonentin qazı kəsiləcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə yaranacaq.

King.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.

Bildirilib ki, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar bu gün şəhərin Çerkassı küçəsində saat 11:00-dan etibarən 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.