0
Bazar ertəsi
Mar 24

Paşinyan Azərbaycanın tələblərinə uyğun bəzi dəyişikliklərə gedəcəyinin anonsunu verib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Baku TV-nin "Salam Baku" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki buraxılışında Ermənistanın baş naziri Nikol Paşinyanın yenidən Azərbaycanla sülh məsələsini gündəmə gətirməsindən bəhs olunub.

Belə ki, N.Paşinyan bir müddət öncə Azərbaycanla imzalanacaq sülh müqaviləsinin mətni üzrə razılıq əldə olunduğunu, indi isə Azərbaycanın tələblərinə uyğun bəzi dəyişikliklərə gedəcəyinin anonsunu verib. O, 2027-ci ildə yeni konstitusiyanın qəbul edilməsi üçün səsvermə təşəbbüsü göstərmək niyyətində olduqlarını söyləyib. Bildirilib ki, Nikol Paşinyanın "razılıq əldə olundu" açıqlamaları əslində siyasi "pası" Azərbaycana atmaq və beynəlxalq təzyiqdən qaçmaq cəhdidir.

Verilişdə, həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı verdiyi vəddən danışılıb.

Belə ki, Donald Tramp rusiyalı həmkarı Vladimir Putini dayandıra biləcək tək şəxsin özü olduğunu bildirib.

Proqramda analitik Turab Rzayevlə bu məsələ ətrafında fikir mübadiləsi aparılıb.

Ətraflı videomaterialda:

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.