Şənbə
Yan 24

Cey Di Vens Azərbaycana səfər edəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevralda Azərbaycana və Ermənistana səfəri planlaşdırılıb.

King.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, səfərin məqsədi sülh səylərini daha da inkişaf etdirmək və Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu (TRIPP) irəlilətməkdir.

Tramp ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlığını gücləndirəcəyini, Ermənistanla dinc nüvə əməkdaşlığını inkişaf etdirəcəklərini vurğulayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.