Çinin cənub-qərbində fermer donuzu dronla daşımağa çalışarkən bütün kəndi işıqsız qoyub.
King.Az "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, fermer donuzu kəndirlə drona bağlayaraq havaya qaldırıb.
Uçuş zamanı kəndir yüksəkgərginlikli elektrik xəttinə ilişib. Nəticədə pilotsuz uçuş aparatı naqillərə dolaşıb, qorxuya düşən heyvan isə başıaşağı vəziyyətdə asılı qalıb.
Hadisə qısaqapanmaya səbəb olub və kənddə elektrik enerjisi kəsilib. Sakinlər təxminən 10 saat işıqsız qalıblar, təmir işlərinin dəyəri isə 1 400 dollar təşkil edib.
Oxşar Mövzular

Gündəlik Bürclər-(12.07.2025)
12-07-2025, 00:00Universitetlərdə yeni yaradılacaq İXTİSASLAR
28-02-2025, 09:59
Serbiya da vətəndaşlarını İranı tez tərk etməyə çağırdı
21-02-2026, 16:02