Çərşənbə axşamı
Dek 31

Qəza nəticəsində ölkə əhalisinin yarısı işıqsız qaldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Puerto-Rikoda qəza nəticəsində ölkədəki bütün elektrik stansiyalarının sıradan çıxması səbəbindən ümumi elektrik kəsilməsi baş verib.

King.Az xəbər verir ki, bu barədə yerli "El Nuevo Día" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, qəza adanın cənubundakı Quayanilya bələdiyyəsində yerləşən elektrik stansiyasında baş verib.

İnsident nəticəsində adanın 1,3 milyondan çox əhalisi işıqsız qalıb.

Xatırladaq ki, Puerto-Rikonun əhalisi 3,2 milyon nəfərdən çoxdur
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.