Çərşənbə
İyn 24

Pentaqon rəhbərliyi ilk dəfə dronlara qarşı lazer silahının sınaqlarını izləyib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Tarixdə ilk dəfə ABŞ Hərb Nazirliyinin (Pentaqon) ali rəhbərliyi lazer silahının sınaqlarını şəxsən izləyib.

King.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

"ABŞ-nin hərb naziri Pit Heqset, həmçinin Pentaqonun texniki direktoru Emil Maykl çərşənbə axşamı günü Nyu-Meksiko ştatında mikrodalğalı və lazer silahlarının nümayişində iştirak ediblər", - deyə məlumatda bildirilir.

Vurğulanır ki, test prosesi əsnasında "AeroVironment" şirkətinə məxsus 20 kVt gücə malik yönləndirilmiş enerjili mobil LOCUST sistemi yoxlanılıb. Hələlik kütləvi şəkildə tətbiq olunmayan bu növ silahlar, pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizədə daha münasib qiymətli vasitə kimi qiymətləndirilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.