Cümə axşamı
İyn 18

Yaxın Şərq probleminin birdəfəlik həlli üçün son 24 saat: Rəsmilər İsveçrəyə toplaşırlar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İsveçrənin Bürgenstok şəhərində iyunun 19-da ABŞ və İran arasında mövcud sazişin həyata keçirilməsi ilə bağlı ilkin müzakirələr baş tutacaq.

King.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

"Hazırkı planlaşdırmaya əsasən, Birləşmiş Ştatlar və İran, o cümlədən Pakistan, Qətər və digər iştirakçı dövlətlərdən olan vasitəçilər razılaşmanın icrasına dair ilkin danışıqlar aparmaq üçün sabah Bürgenstokda bir araya gələcəklər. Görüşün cədvəli və xüsusi detalları barədə hələlik əlavə məlumat yoxdur", - deyə qurumun bəyanatında bildirilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.