0
Çərşənbə axşamı
Noy 04

Sabiq futbolçu da "Survivor All Star"da iştirak edəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Acun Ilıcalı növbəti il başlayacaq "Survivor All Star" televiziya müsabiqəsində iştirak edəcək daha bir iştirakçını açıqlayıb.

King.Az xəbər verir ki, A.Ilıcalı "Fənərbağça" və "Beşiktaş"da çıxış etmiş Mert Nobrenin də müsabiqəyə qatılacağını elan edib.

Qeyd edək ki, Türkiyədə 2004-2006-cı illərdə "Fənərbağça"nın, 2006-2011-ci illərdə isə "Beşiktaş"ın formasını geyinən keçmiş futbolçu Türkiyə Superliqasında 291 oyuna çıxıb və 109 qol vurub.

Xatırladaq ki, bir müddət əvvəl Acun Ilıcalı "Survivor All Star" televiziya müsabiqəsinin ilk iştirakçısının tanınan müğənni Bayhan olduğunu açıqlamışdı.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.