Çərşənbə
İyn 17

Brüsseldə diplomatik gərginlik: Aİ-dəki vəziyyət "Taxt-tac oyunları"na bənzədilir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Bəzi avropalı diplomatların qənaətincə, Avropa İttifaqının (Aİ) institutları getdikcə "Taxt-tac oyunları" serialını xatırladır.

King.Az xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti məlumat dərc edib.

Qeyd edilib ki, diplomatlar Brüsseldə diplomatik idarəetmə uğrunda ciddi mübarizənin getdiyini vurğulayıblar. Xüsusilə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasındakı rəqabətin getdikcə daha da kəskinləşdiyi bildirilir.

Qəzet yazır ki, hazırda Avropa dairələrində Kaya Kallasın fəaliyyətindən narazı olanların sayı kifayət qədərdir. Bəzi rəsmilər onu fikrini yalnız Rusiya məsələsinə cəmləməkdə qınayır, digərləri isə fəaliyyətində buraxdığı bir sıra yanlışlıqlara diqqət çəkirlər.

Lyayenə gəlincə, avropalılar arasında onun acgözlüyündən şikayətlənənlər də var.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.