"The Athletic" nəşri UEFA Çempionlar Liqasında (keçmiş adı Avropa Çempionlar Kuboku - red.) ölkələr üzrə klubların oynadığı oyunların statistikasını yayıb.
King.Az xəbər verir ki, reytinqdə İspaniya birinci yerdədir. Bu ölkənin klubları ümumilikdə 1 400 oyun keçirib.
İngiltərə 1 283 oyunla ikinci, Almaniya isə 1 252 görüşlə üçüncü yerdə qərarlaşıb. İtaliya 1 141 oyunla dördüncü, Fransa isə 799 oyunla beşinci yerdədir.
Xatırladaq ki, Çempionlar Liqasının hazırkı qalibi Madridin "Real" klubudur. Keçənilki finalda ispanlar Dortmund "Borussiya"sını 2:0 hesabı ilə məğlub ediblər.
Oxşar Mövzular
Kanadada parlament seçkisində səsvermə başa çatıb
29-04-2025, 11:41Nepalda Everestə qalxma haqqı 15 min dollara çatdı
22-01-2025, 10:29