Fransanın tanınmış "Silvercrest" elektrikli tozsoranlarında istehsal xətası aşkarlanıb.
King.Az bu barədə "Sözcü" qəzetinə istinadla xəbər verir.
Bildirilir ki, istehsal xətası Fransanın bütün ərazisində satılan "Silvercrest" elektrikli tozsoranlarında təsbit edilib.
İstehsal xətasının partlayışa və yanğına səbəb ola biləcəyi qeyd edilir.
Bu səbəbdən sözügedən tozsoranların geri toplanmasına qərar verilib.
Müştərilər aldıqları məhsulları bu il avqustun 28-dək satış nöqtələrinə geri qaytarmalıdırlar.
Oxşar Mövzular
Bu gün İlaxır çərşənbədir
18-03-2025, 10:32İran Suriya üzrə xüsusi nümayəndə təyin edib
13-01-2025, 13:29