2025/26 mövsümündə ən çox maaş ödəyən klubların siyahısı bəlli olub.
King.Az "Capology data"ya istinadən xəbər verir ki, "Real Madrid" bu göstəricidə lider mövqeyində qərarlaşıb.
Madrid klubun illik orta maaşı 11.2 milyon avro təşkil edib. Ötən mövsümdə isə bu rəqəm 12 milyon avro olub. Siyahıda ikinci pillədə "Barselona" (7.91 milyon), üçüncü yerdə isə "Mançester Siti" (7.43 milyon) yer alıb.
Növbəti yerləri "Bavariya" (7.8 milyon), PSJ və "Arsenal" (hər iksi - 7 milyon), "Liverpul" və "Mançester Yunayted" (hər iksi - 6 milyon), "Çelsi" və "Tottenhem" (hər iksi - 4.5 milyon) tutublar.
Oxşar Mövzular
Alan Walker, Daya - Heart over Mind (Live Performance)
28-01-2025, 14:42
