Çərşənbə axşamı
İyn 09

Niderlandda dünyada ilk dəfə kultivasiya olunmuş ət ferması yaradılıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Niderlandın Sxiplyoyden şəhərində dünyada ilk dəfə kultivasiya olunmuş (laboratoriya şəraitində yetişdirilmiş) ət istehsalı üçün nəzərdə tutulan ferma fəaliyyətə başlayıb.

King.Az "NL Times"a istinadən xəbər verir ki, müəssisədə heyvan kəsimi həyata keçirilmir.

Ət, heyvan toxumasından götürülmüş nümunələr əsasında xüsusi bioreaktorlarda yetişdirilir. Bunun üçün rezervuarlarda temperatur, qida maddələri və oksigen səviyyəsi daim nəzarətdə saxlanılır. Hazırda qurğu sınaq mərhələsindədir. Layihəyə Cənubi Hollandiya əyaləti tərəfindən 500 min avro vəsait ayrılıb.

Qeyd olunur ki, Avropa İttifaqında kultivasiya olunmuş ətin satışı hələlik qadağandır. Fermerlər bildirirlər ki, bu texnologiya ənənəvi heyvandarlığı əvəz etməyəcək, yalnız alternativ fəaliyyət istiqaməti olacaq. Hazırda mütəxəssislər istehsal xərclərini və mümkün həcmləri müəyyənləşdirmək üçün sistemi sınaqdan keçirirlər. Tam gücü ilə işləyəcək ət fermasının 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.