Cümə
May 22

Yaxın vaxtlarda Azərbaycan ilə Avropa İttifaqı arasında mühüm sənəd imzalanacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Avropa İttifaqı mina təhlükəsinə qarşı mübarizədə gender yanaşmasının tətbiqinə də xüsusi önəm verir və Azərbaycanda ilk qadın minatəmizləmə qrupunun yaradılmasına dəstək göstərib".

King.Az xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən sonra şəhər yenidənqurması: Humanitar minatəmizlənmənin kritik rolu" adlı panel sessiyada deyib.

O bildirib ki, qurum Azərbaycanda digər layihələr də həyata keçirib və keçirəcək:

"Məqsəd Avropa təcrübəsini və ən yaxşı praktikaları Azərbaycana gətirmək, Avropadan bu sahədə böyük təcrübəyə malik tərəfdaşları cəlb etməkdir. Hazırda "International Trust Fund for Enhancing Human Security" şirkəti ilə genişmiqyaslı layihə üzrə danışıqlar davam edir. Bu layihə ANAMA-nın institusional və əməliyyat potensialının gücləndirilməsinə yönəlib. Layihə çərçivəsində mina aşkarlayan itlərin xüsusi təlimi, vacib əməliyyat avadanlıqlarının təmin edilməsi, mina qurbanlarına yardım, həmçinin xüsusi təyinatlı ambulansların təqdim olunması nəzərdə tutulur. Bu sənədlərin yaxın zamanda imzalanaraq icraya başlanması planlaşdırılır".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.