Beynəlxalq iqlim alimləri qrupu Afrika meşələrinin ən böyük istixana qazı mənbəyinə çevrildiyini göstərən ilk dəlilləri aşkar edib.
King.Az xəbər verir ki, bu barədə Böyük Britaniyadakı Lester Universitetinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, bu kütləvi meşə qırılması nəticəsində baş verib.
"Bu kəşf beynəlxalq iqlim gündəliyi üçün vacib bir siqnal olmalıdır. Əgər Afrika meşələri karbonu udmağı dayandırıbsa, bu o deməkdir ki, dünyanın digər bölgələrində də analoji hadisə baş verə bilər", -deyə Lester Universitetinin professoru Heiko Balzter bildirib.
Oxşar Mövzular

Bali adasında turistlər üçün gözlənilməz qadağa
4-01-2026, 12:12Gülüstan sarayında rəsmi ziyafət verildi
13-11-2024, 14:27