Şənbə
Yan 04

İnsanlarda aşkarlanan yeni qan qrupunun əsas xüsusiyyəti açıqlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
2024-cü ilin sentyabrında aşkarlanan yeni qan qrupunu fərqləndirən xüsusiyyət açıqlanıb.

King.Az-ın "ScienceAlert"ə istinadən verdiyi xəbərə görə, 1972-ci ildə baş vermiş müəmmalı hadisə son araşdırmada mühüm elmi irəliləyişlə nəticələnib.

Belə ki, o zaman hamilə qadının qeyri-adi qan qrupuna malik olduğu aşkar edilib və bu, yarım əsrlik araşdırmalara səbəb olub.

Bu anomaliyanın tədqiqi nəticəsində elm adamları nəhayət yeni bir qan qrupunu ortaya çıxarıblar.

MAL adlı yeni qan qrupu, adətən, insanların 99,9%-dən çoxunda rast gəlinən və "AnWj" zülal antigeninin olmaması ilə xarakterizə edilir. Bildirilir ki, yenidoğulmuşlarda "AnWj" antigeni olmur. O yalnız doğuşdan qısa müddət sonra özünü göstərir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.