Çərşənbə axşamı
Yan 07

Abdullah Gül İlham Əliyevə başsağlığı verdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin faciəvi şəkildə həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Zati-alinizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Dəhşətli qəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbir diləyir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram.

Bu ağır itki bizim hamımızın ümumi kədərimizdir. Belə bir faciənin bir daha yaşanmamasını diləyirəm.

Fürsətdən istifadə edərək Sizə, ailənizə və qardaş Azərbaycan xalqına cansağlığı, firavanlıq arzulayıram".
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.