Çərşənbə axşamı
May 26

İlon Maskın kosmik şəbəkəsi sürətlə böyüyür: "Starlink" peyklərinin sayı rekord həddə çatdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Starlink" sisteminin qlobal internet şəbəkəsini təmin edən orbital qruplaşmasında fəaliyyət göstərən peyklərin sayı 10 400-ü ötüb.

King.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə layihənin operatoru "SpaceX" məlumat yayıb.

Şirkətin açıqlamasına görə, mayın 25-də orbitə çıxarılan yeni aparat qrupu da nəzərə alınmaqla hazırda fəaliyyətdə olan peyklərin sayı 10 442-yə çatıb.

2019-cu ilin mayından etibarən "Starlink" layihəsi çərçivəsində "SpaceX" ümumilikdə 12 mindən çox internet peyki orbitə buraxıb. Onların bir hissəsi sıradan çıxıb və ya orbitdən çıxarılıb.

Təkcə 2026-cı ilin əvvəlindən şirkət "Falcon 9" raketləri vasitəsilə orbitə 1 100-dən çox "Starlink" peyki göndərib.

Perspektivdə "SpaceX" Yer kürəsinin istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin etmək məqsədilə 12 min peykdən ibarət tammiqyaslı orbital qruplaşma yaratmağı planlaşdırır. Layihəyə yatırılan ümumi investisiyanın həcmi təxminən 10 milyard dollar qiymətləndirilir.

Hazırda "Starlink" şəbəkəsi dünyanın 160 ölkə və ərazisini əhatə edir və 10 milyondan çox aktiv istifadəçiyə yüksək sürətli internet xidməti göstərir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.