Cümə
May 01

Trampın oğulları Qazaxıstan şirkətində pay sahibi oldular

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ lideri Donald Trampın oğulları Erik və Donald Qazaxıstanın volfram hasilatı şirkətində pay əldə ediblər.

King.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin avqustunda qardaşlar "Skyline Builders" tikinti qrupunda pay əldə ediblər. Sonradan şirkət dağ-mədən sənayesi üzrə ixtisaslaşan "Kaz Resources"da 20% pay alıb.

"Cove Kaz Capital" və "Kaz Resources" şirkətləri aprelin 30-da "Skyline" ilə birləşmə barədə razılığa gəliblər.

Yeni şirkət "NASDAQ" birjasında "Kaz Resources" tikeri (birjada spesifik ehtiyatların hesablanması üçün nəzərdə tutulur, valyutaların kodu tikerin analoqu sayılır) altında ticarət olunmağı planlaşdırır.

Nəşrin məlumatına görə, şirkətlərin birləşməsi ilə bağlı rəsmi məlumatlarda Trampın oğullarının heç birinin adı çəkilmir.

Donaldın nümayəndəsi vurğulayıb ki, o, yalnız passiv investordur və şirkətin əməliyyat fəaliyyətində iştirak etmir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.