0
Friday
May 09

Almaniya fövqəladə vəziyyət rejiminə keçir

HASANLY

Almaniyanın kansleri Fridrix Merts miqrantlar problemi ilə əlaqədar milli miqyasda fövqəladə vəziyyət rejimi tətbiq etmək imkanını müzakirə edir.

King.Az "Die Welt"ə istinadən xəbər verir ki, bu barədə hökumət mənbələri məlumat yayıb.

Mümkün tədbirlər sırasında Avropa İttifaqı Fəaliyyət Müqaviləsinin 72-ci maddəsinin aktivləşdirilməsi (bu, sığınacaq diləyənlərin rədd edilməsinə imkan verəcək), sərhədlərdə nəzarətin gücləndirilməsi və deportasiya proseslərinin sürətləndirilməsi var.

"YouGov" tərəfindən Bundestaq seçkisi əvvəlində keçirilən sorğuya görə, miqrasiya almanların 31% üçün əsas problemdir. İkinci yerdə iqtisadiyyat və inflyasiya (26%), üçüncü yerdə isə sosial təhlükəsizlik (16%) dayanır.

Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.