Cümə axşamı
Dek 26

Əfsanəvi pilot Ayrton Sennanın kombinezonu satışa çıxarılacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Fevralda Parisdə "RM Sotheby's" hərracına qeyri-adi lot çıxarılacaq.

King.Az auto.ru-ya istinadən xəbər verir ki, bu, Ayrton Sennanın karyerasının əlamətdar 1988-cil il mövsümündə geyindiyi kombinezondur.

Onun 40-60 min avroya satılacağı gözlənilir.

Qeyd edək ki, 1988-ci ildə braziliyalı "Lotus"dan "McLaren" komandasına keçib və burada Alen Prostun komanda yoldaşı olub. Komandaya yeni gələn sürücü ilə ikiqat çempion arasındakı rəqabətə görə, həmin mövsüm "Formula-1" tarixində ən dramatik mövsümlərdən biri hesab olunur. Senna və Prost eyni komandaya mənsub olmalarına baxmayaraq, bir-biri ilə ciddi rəqabət aparırdılar və bəlkə də komandaya mövsümdə 16 yarışdan 15-də qələbə qazandıran da məhz bu rəqabət idi.

1988-ci ildə Ayrton Senna səkkiz dəfə podiumun ən yüksək pilləsini tutaraq ilk dəfə dünya çempionu olub. Bundan əlavə, o, bir mövsümdə qələbələrin sayına görə Prostun rekordunu qırıb və poulların sayına görə Nelson Piketin rekordunu geridə qoyub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.