Çərşənbə axşamı
May 19

Dünya bazarında neft ucuzlaşıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Qlobal bazarda neftin ucuzlaşması müşahidə olunub.

King.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:11-də Londonun ICE birjasında iyul ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 2.32 dollar (2.07%) azalaraq bir barel üçün 109.78 dollara düşüb. Əvvəlki sessiyada "Brent" markalı neftin qiyməti 2.84 dollar (2.6%) artaraq bir barel üçün 112.1 dollar olmuşdu.

Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 1.67 dollar (1.54%) azalaraq bir barel üçün 106.99 dollara düşüb. Əvvəlki sessiyada WTI markalı xam neft 3.24 dollar (3.1%) artaraq bir barel üçün 108.66 dollar olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.