Bazar ertəsi
Dek 08

"Qarabağ"la oyundan əvvəl "Ayaks"ın heyətində ciddi itkilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Ayaks" komandasının iki futbolçusunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda Bakıda "Qarabağ"a qarşı oyunda meydana çıxması sual altındadır.

King.Az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Fred Qrim məlumat verib.

O bildirib ki, komandanın 23 yaşlı yarımmüdafiəçisi Kennet Teylorun vəziyyəti barədə həkimlər qərar verəcəklər.

K.Teylorla yanaşı, "Ayaks"ın əsas hücumçusu Vaut Veqhorst da Niderland çempionatında "Fortuna" ilə görüşdə (3:1) zədələnərək birinci hissədə meydanı tərk edib. Onun da Bakıda "Qarabağ"a qarşı oynayacağı dəqiq deyil.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.