ABŞ Dövlət Departamenti Vaşinqtonda yerləşən ABŞ Sülh İnstitutunun (USIP) adını ölkə Prezidenti Donald Trampın şərəfinə dəyişdirib.
King.Az-ın xəbərinə görə, bu barədə departamentin mətbuat xidməti "X" hesabında məlumat verib.
"Dövlət Departamenti ölkəmizin tarixində ən böyük danışıqçısının adını əks etdirmək üçün keçmiş Sülh İnstitutunun adını dəyişdirib. Donald Tramp adına Sülh İnstitutuna xoş gəlmisiniz", - deyə məlumatda bildirilib.
Mətbuat xidməti, həmçinin paylaşıma institutun binasının fotosunu da əlavə edib. Orada Ağ Ev rəhbərinin adı olan yazı əks olunub.
Qeyd edək ki, bu ilin əvvəlində Tramp administrasiyası büdcə səbəblərinə görə institutu faktiki olaraq bağlayıb. Qurum 1984-cü ildə ABŞ Konqresi tərəfindən beynəlxalq münaqişələrin həlli məqsədi ilə yaradılıb.
Oxşar Mövzular
Marko Rubio: "Trampın dövründə İranın nüvə silahı olmayacaq"
21-02-2025, 16:24Vətən müharibəsinin 20-ci günü - Üç kəndimiz işğaldan azad edilir
16-10-2024, 11:39
