ABŞ-də özünü Federal Təhqiqat Bürosunun (FTB) agenti kimi təqdim edilən kişi "UnitedHealthcare" sığorta şirkətinin rəhbəri Brayan Tompsonun qətlində şübhəli bilinən Luici Manconeni həbsxanadan azad etməyə çalışıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayıblar.
King.Az-ın xəbərinə görə, bu barədə CNBC telekanalı mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Minnesota ştatının sakini olan 36 yaşlı Mark Anderson Nyu-Yorkun federal həbsxanasına gedib, FTB agenti olduğunu deyib və bəyan edib ki, onun əlində Manconenin azadlığa buraxılması üçün məhkəmə qərarı var.
Anderson, həmçinin üzərində silah olduğunu iddia edib, lakin saxlanılma zamanı məlum olub ki, kişinin çantasında çəngəl və pizza üçün bıçaq var.
Qeyd edək ki, "UnitedHealthcare" sığorta şirkətinin rəhbərinin qətli 2024-cü il dekabrın 4-də Manhetten şəhərinin mərkəzində, "New York Hilton Midtown" hotelinin yaxınlığında baş verib. Polisin məlumatına görə, Luici Manconenin Tompsona məqsədyönlü şəkildə atəş açdığı ehtimal edilir.
Şübhəli bildirib ki, varlı sığorta rəhbəri başqalarının əzablarından qazanc əldə etdiyi üçün cinayəti törədib. Bundan sonra minlərlə ABŞ-li onu dəstəkləyib: Manconenin şərəfinə ianə toplama tədbirləri keçirilir, onun məhkəmə iclaslarında geyindiyi geyimlərin surətləri isə mağazalarda satın alınır. Belə ki, ötən ilin dekabr ayında məlum olduğuna görə, ABŞ-lilər Manconenin hücum etdiyi zaman üzərində olan gödəkçənin analoqunu almaq üçün kütləvi şəkildə mağazalara axın ediblər.
Oxşar Mövzular

Bakı-Sumqayıt yolunda təmir işlərinin bitəcəyi vaxt açıqlandı
8-02-2026, 21:15