ABŞ Hörmüz boğazında gəmiçilik azadlığının qorunması ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib.
King.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında bildirilir.
Sənədə əsasən, Vaşinqton İranı hücumları dayandırmağa, dəniz minaları yerləşdirməməyə və keçid üçün ödəniş tələb etməməyə çağırır. ABŞ həmçinin Tehrandan minaların yerləşdirildiyi koordinatları açıqlamağı, onların zərərsizləşdirilməsində əməkdaşlıq etməyi və humanitar dəhlizlərin yaradılmasını dəstəkləməyi tələb edir.
Qətnamə layihəsinin həmmüəllifləri qismində BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt və Qətər çıxış edir.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf isə bildirib ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ABŞ və müttəfiqlərinin atəşkəsi pozması, habelə İrana qarşı dəniz blokadası tətbiq etməsi səbəbindən təhlükə altına düşüb.
Qeyd edək ki, ABŞ hərbi qüvvələri aprelin 13-dən etibarən İran ətrafında dəniz blokadasına başlayıb. Vaşinqton ölkə limanlarına yönələn və ya İran sahillərindən uzaqlaşan gəmilərin hərəkətini məhdudlaşdırmaq niyyətində olduğunu açıqlayıb.
Oxşar Mövzular

Tailandın cənubunda daşqın: Turistlər hotellərdən təxliyə ediliblər
24-11-2025, 13:59