"Jeju Air" təyyarəsinin hər iki qara qutusu onun dekabrın 29-da hava limanının beton hasarına çırpılmasından dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb.
King.Az bildirir ki, bu barədə "RIA Novosti" Cənubi Koreya Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
Eyni zamanda, təyyarənin pilot kabinəsindəki diktofonlar da işləməyi dayandırıb.
Yanvarın 2-də Cənubi Koreya Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Departamentinin direktoru Cu Conq Van bildirmişdi ki, mütəxəssislər "Jeju Air" təyyarəsinin qara qutularından birinin məlumatlarını deşifrə ediblər, ikincisinin deşifrəsi isə zədələr səbəbindən daha çox vaxt tələb edəcək.
Qeyd edək ki, dekabrın 29-da Banqkokdan Muana uçan "7C 2216" reysi ilə "Boeing 737-800" təyyarəsi hava limanına eniş zamanı uçuş-eniş zolağından kənara çıxıb və hasarla toqquşub, nəticədə yanğın baş verib. Təyyarədə 181 nəfər olub, onlardan 179 nəfəri həlak olub.

Oxşar Mövzular

Özbəkistan prezidenti COP29-da iştirak edəcək
10-11-2024, 18:44
Gündəlik Bürclər-(27.12.2024)
27-12-2024, 00:09
Çin hökuməti borcların ödənilməsinin yeni qeyri-adi üsulunu tapdı
13-01-2025, 19:01
Rusiyadan Ermənistana xəbərdarlıq
10-01-2025, 00:29Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.