Çərşənbə axşamı
Apr 14

ABŞ-nin maliyyə nazirindən dolların zəifləyəcəyi iddialarına CAVAB

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"ABŞ İrana qarşı hərbi əməliyyat səbəbindən dolların zəifləmə potensialından narahat deyil".

King.Az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent "Semafor"a müsahibəsində bildirib.

"Müharibə dövründə gördüyünüz kimi, dollar möhkəmlənir. Ona görə də mən bundan narahatlıq keçirmirəm", - deyə o, jurnalistin sualına cavabında qeyd edib.

Maliyyə naziri həmçinin ABŞ Federal Ehtiyat Sisteminin münaqişə fonunda əsas faiz dərəcəsini dəyişdirmək üçün gözləmə mövqeyi tutmasına diqqət çəkib.

Bundan başqa Skott Bessent İranla müharibənin ABŞ iqtisadiyyatına 50 illik sabitlik gətirə biləcəyini də iddia edib.

"Bilmirəm, nə qədər davam edəcək, amma düşünürəm ki, geri baxıb deyəcəyik ki, 50, 100 və ya daha çox günlük münaqişə ərzində 50 illik sabitlik qazanmışıq", - deyə o söyləyib.

Lakin nazir münaqişə səbəbindən ABŞ iqtisadiyyatında 4% artıma nail olmağın çətin olacağını etiraf edib:

"Nəzəri olaraq, bu mümkündür, baxmayaraq ki, hələ çox işimiz olacaq".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.